...

Oriflame-in MDB ölkələrində satış artımı şirkətin ümumi satış artımını ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Dekabr 2008 18:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 dekabr/ Trend , müxbir N.İsmayılova/ "2008-ci ilin üç rübü ərzində Oriflame şirkətinin satış artımı ötən ilin analoji dövrü ilə müqayisədə 22 faiz təşkil edib", - şirkətin MDB və Baltika ölkələri üzrə regional direktoru Yohan Rozenberq cümə axşamı bildirib. MDB və Baltikyanı ölkələrdə satışın artımı 26 faiz olub.

Üçüncü rübdə şirkətin satış həcmləri 30 faiz, MDB və Baltikyanı ölkələrdə, 2007-ci ilin üçüncü rübü ilə müqayisədə, 34 faiz təşkil edib.

Euromonitor-un məlumatlarına görə, 2007-ci ildə Oriflame şirkəti Azərbaycanın kosmetika bazarında parfümeriya (36,3 faiz), dekorativ kosmetika (4,8 faiz) və dəriyə qulluq vasitələri (8,1 faiz) kateqoriyalarında lider mövqeləri tutub.

Oriflame dünyada ən sürətlə artan kosmetika şirkətlərindən biridir; dünyanın 59 ölkəsində işləyir və 30 ölkədə bazarın liderlərindən biridir. Hazırda şirkətin məsləhətçilərinin sayı 2,6 mln. nəfər çatır, əməkdaşlarıın sayı 7 min nəfərdən çoxdur. Məhsul çeşidini, hər il 250 yenilik daxil olmaqla, 800- dən çox adda məhsul təşkil edir. Şirkət Beynəlxalq Uşaq Fondunun həmtəsisçisidir. Oriflame Stokholm Fond Birjasında təmsil olunub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti