...

2008 - ci ildə Azərbaycanın bank sektorunun kapitallaşması təxminən 50 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Yanvar 2009 15:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 yanvar/ Trend , müxbir N.İsmayılova/ Noyabr ərzində Azərbaycanın bank sektorunun kapitallaşması 1,1 faiz, 2008-ci ilin əvvəli ilə müqayisədə dekabrın 1-nə olan vəziyyətə görə isə 48,8 faiz artıb, - Azərbaycan Milli Bankından bazar ertəsi bildiriblər.

AMB-nin statistik məlumatlarına görə, dekabrın 1-nə 41 bankın kapitalı ilin əvvəlində 38 bankın kapitalının analoji səviyyəsinə qarşı 10 mln. manatı ötüb. Müvafiq olaraq, bütün bankların kapitallarının məcmu həcmində bu kateqoriyalı bankların xüsusi çəkisi 94,6 faizdən 97,9 faizədək artıb.

Üç bankın (xüsusi çəkisi 1,8 faiz) kapitalı 5 mln. manatdan 10 mln. manatadək formalaşdırılıb, bir bank (0,3 faiz) isə onu 3,5 mln. manatdan 5 mln. manatadək diapazonda ödəyib.

Hesabat dövrü ərzində 46 bankın respublika ərazisində bank fəaliyyətinin həyata keçirilməsinə dair lisenziyası olub. Praktiki olaraq uzun müddətdir ki, fəaliyyət göstərməyən Pochtbank-dan və kapitallaşma üzrə tələblərin yerinə yetirilməməsinə görə Atlantbank-dan lisenziyaların geri çağırılması nəticəsində il ərzində onların sayı 2 bank azalsa da, bir o qədər də artıb. "NaxçıvanbanK" ASC və Azfinans Bank-a bank fəaliyyəti göstərmək üçün icazə təqdim edilib.

Bu gün məhdud lisenziya ilə (əmanət almağa icarələri yoxdur) yeddi bank işləyir. Bu səbəbdən onlar Əmanətlərin Sığortalanması Fondunun üzvləri ola bilməyiblər. [Banklara qarşı sanksiyalar 10 mln. manat səviyyəsində elan edilmiş məcmu kapitalın məbləğinə uyğunsuzluqla əlaqədar tətbiq edilib]. Məhdudiyyətlərin müddəti hər bank üçün fərdi qaydada tətbiq olunub.

Ötən il AMB bankların kapitalına qarşı yeni normativ tələblər irəli sürməsə də, indi onların gələcək kapitallaşması üzrə strategiya işləmək niyyətindədir. Ümumilikdə gələcəkdə banklar kapitalın adekvatlılığına qarşı tələblərə əməl etməlidirlər ki, bu da beynəlxalq təcrübədə qəbul olunmuş haldır. AMB-nin daxili maliyyə bazarının qlobal böhranlı təzahürlərdən müdafiəsi üçün hazırladığı kompleks tədbirlər çərçivəsində bankların kapitallaşmasına (aktivlərin keyfiyyəti və kapitalın adekvatlılığı) qarşı tələblərin dəyişməsi mümkündür.

Bu gün ölkədə xarici kapitalın iştirakı ilə 23 bank fəaliyyət göstərdiyi vaxtda, ötən ilin əvvəlində onların sayı 21-ə bərabər olub. Onlardan yeddisində xarici kapitalın xüsusi çəkisi 50-100 faiz aralığında, 14 bankda - 50 faizədək səviyyədə formalaşdırılıb. Bundan başqa, xarici bankların iki yerli filialı fəaliyyət göstərir.

Azərbaycanın banklarının xaricdə fəaliyyət göstərən strukturlarının sayı səkkiz təşkil edir. Onlardan beşi nümayəndəlik, ikisi törəmə bank, biri filialdır. Azərbaycanda həmçinin xarici bankların dörd nümayəndəliyi fəaliyyət göstərir.

Yanvarın 5-nə olan cari mübadilə məzənnəsi - 0,8015 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti