Azərbaycan, Bakı, 24 fevral / Trend capital / Azərbaycan İnvestisiya Şirkəti (AİS) TRACECA "Qərbi MDB ölkələri və Qafqaz üzrə beynəlxalq loqistik mərkəzlər"nəqliyyat dəhlizi layihəsində iştirakda maraqlıdır, - çərşənbə axşamı Azərbaycan üzrə TRACECA-nın milli katibi Akif Mustafayev bildirib.
Layihə 24 ay ərzində həyata keçiriləcək. Onun əsas məqsədi beynəlxalq ticarətlə birgə fəaliyyət göstərmək, malların TRACECA dəhlizi üzrə loqistik imkanların təkmilləşdirilməsi, şəbəkənin qarşılıqlı əlaqəsi və multimodul nəqliyyatı vasitəsilə ötürülməsidir. Layihə maliyyə, texniki, ekoloji və institutsional şərtlərin yaranması ilə və TRACECA dəhlizi üzrə loqistik mərkəz şəbəkələrinin yaranması istiqamətində tədqiqatların aparılması ilə əlaqədar olacaq.
Layihənin birbaşa Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna, birbaşa olmayan adresantları isə Bolqarıstan, Ruminiya və Türkiyədir. Layihənin əsas ofisinin Kievdə açılması gözlənilir.
Layihə məsləhətçisi "Dornier Consulting"-in (Almaniya) başçılıq etdiyi konsorsiumdur. Məsləhətçi fikrini hökumətlə özəl sektor arasında tərəfdaşlıq və müştərilərə yüksək səviyyədə xidmət prinsiplərinə yönəldərək qarşılıqlı əlaqəli ölkələrdə yaranacaq loqistik prioritet mərkəzlər üçün bir sıra texniki-iqtisadi dəlilləri işləyib hazırlamalıdır.
Tədqiqatlar tələbat qiymətlərinin və hazırkı loqistik imkanların öyrənilməsi, müxtəlif kateqoriyadan olan lazımı xidmətlərin təyin olunması istiqamətində ilkin layihələşdirmə, ləvazimat və investisiya, biznes və təşkilati planların işlənib hazırlanması, real və sabit layihələrin irəlidə sərmayələşdirilməsi yönündə maliyə və iqtisadi analizlərin keçirilməsi məqsədilə keçirilir.
Azərbaycan İnvestisiya Şirkəti 2006-cı ilin martın 30-da ölkə prezidentinin göstərişi ilə təsis edilmişdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]