...

Yeni Sankt-Peterburq - Gəncə - Sankt-Peterburq reysi açılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2009 15:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 mart / Trend , müxbir E.İsmayılov/

Rusiyanın "Ural Hava Yolları" şirkəti Sankt-Peterburq - Gəncə - Sankt Peterburq aviareysini reallaşdırmağa başlayıb. Bu barədə cümə axşamı "Azərbaycan Hava Yolları" QSC-dən bildiriblər.

QSC-dən bildiriblər ki, reys bazar ertəsi günləri həyata keçirilir. Təyyarə Moskva vaxtı ilə saat 09:00-da Sankt-Peterburqdan uçur və Bakı vaxtı ilə saat 13:30-da Gəncədə enir. Təyyarə Gəncədən Bakı vaxtı ilə saat 15:00-da uçur və Rusiya vaxtı ilə saat 18:40-da Sankt-Peterburqda enir.

QSC-dən verilən məlumata görə, aviareyslər A320 markalı təyyarələr vasitəsilə həyata keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti