...

"Kaztemirtrans" SC 2009-cu ildə milli təminatı iki dəfə artıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2009 13:02 (UTC +04:00)

Qazaxıstan, Astana, 30 mart / Trend , müxbir K.Arınova /

"Bu il "Kaztemirtrans" SC məhsul və xidmət alınması qismində milli təminatın həcmini təxminən iki dəfə artırmağı - 60 faizlik həddə çatdırmağı planlaşdırır. 2008-ci ildə bu rəqəm 30 faiz olub", - bu haqda Trend -a SC-nin mətbuat katibi Janna Perzadayeva məlumat verib.

"Ümumilikdə, bu il şirkət milli istehsalçılardan 28 milyard tengə həcmində məhsul və xidməti almaq niyyətindədir ki, bu da ötənilki göstəricini iki dəfə üstələyir", - Perzadayeva bildirib.

Ümumilikdə, şirkətin 2009-cu ilin alınma planı ilə nəzərdə tutulmuş maşınqayırma nomenklaturasında yük dəmir yol vasitələri, yük vaqonlarının təmiri üçün materiallar və ehtiyat vasitələri, cəmi 516 adda məhsul kimi, vacib mövqelər yer alıb.

Xatırladaq ki, "Kaztemirtrans" SC Qazaxıstanın yük vaqon parkının ən böyük operatorudur. Şirkət 21 oktyabr 2003-cü ildə, Qazaxıstan dəmir yol nəqliyyatının islahatı çərçivəsində yaradılıb. "Kazaxstan temir jolı" MŞ" SC-nin 100 faizlik törəmə müəssisəsidir.

Qazaxıstan ərazisindəki dəmiryol daşımalarının ümumi həcminin 56 faizindən çoxu "Kaztemirtrans" SC-nin yük parkı vasitəsilə həyata keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti