...

Nar Mobile yeni "Dostunu gətir" kampaniyasına başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2009 20:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 may / Trend /

Azərbaycanın mobil rabitə operatoru olan AZƏRFON (Nar Mobile ticarət markalı) yeni "Dostunu gətir" kampaniyasına start verib.

Mayın 8-dən etibarən start götürən kampaniyanın iştirakçısı olmaqla abunəçilər hər ay şəbəkə daxilində 60 pulsuz dəqiqə əldə edirlər, şirkətin məlumatında deyilir.

Aksiyada iştirak etmək üçün Nar Mobile abunəçisi öz dost və yaxınlarına Nar Mobile şəbəkəsinə qoşulmağı tövsiyə etməlidir. Şəbəkəyə qoşulan yeni abunəçi Nar Mobile şəbəkəsini ona tövsiyə etmiş abunəçinin Nar nömrəsini SMS-737-yə göndərməlidir.

SMS göndərildikdən sonra həm yeni, həm tövsiyə edən abunəçi şəbəkədaxili 60 pulsuz dəqiqə əldə edir. "Dostunu gətir" kampaniyası çərçivəsində şəbəkədaxili pulsuz 60 dəqiqədən ibarət bonusların 2009-cu ilin sonunadək hər ay hər bir abunəçinin hesabına əlavə olunması, yalnız yeni abunəçinin öz balansını ayda bir dəfə istənilən nominalda ödəniş kartı ilə artırdığı halda həyata keçirilir. Tövsiyə edən abunəçinin nömrəsini SMS-lə göndərən yeni abunəçilərin sayı artdıqca, onun aldığı bonusların da miqdarı artır. Aksiya 30.06.2009-ci il tarixinədək etibarlıdır.

AZERFON şirkəti Azərbaycan ərazisində mobil rabitə xidmətlərini göstərmək üçün 2005-ci ilin dekabr ayında Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin lisenziyası ilə təmin edilmişdir. AZƏRFON şirkəti kommersiya fəaliyyətinə 2007-ci ilin mart ayında Nar Mobile ticarət nişanı ilə başlamışdır.

Xəbər lenti

Xəbər lenti