...

Azərbaycan Dövlət İqtisad Universiteti "Məzun-2009" adlı əmək yarmarkası keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2009 17:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycan Dövlət İqtisad Universiteti Gənclər və İdman Nazirliyi ilə birgə 26 may tarixində tələbələr üçün "Məzun-2009" adlı əmək yarmarkası keçirəcək. Bu barədə cümə axşamı universitet rektorunun strateji inkişaf məsələləri üzrə məsləhətçisi Məhəmməd Cəmilov bildirib.

"Yarmarkada təqribən iqtisadiyyatın müxtəlif sahələrinə aid olan 700 vakant iş yeri təqdim olunacaq", - deyə Camilov vurğulayıb.

Onun sözlərinə görə, yarmarkada 80-dən çox şirkət, bank və holdinq iştirak edəcək. Yarmarkada ölkənin bütün ali təhsil müəssisələrinin məzunları iştirak edə bilərlər.

Cəmilov bildirib ki, yarmarkada ilk dəfə olaraq orta təhsili olan və hətta ali təhsil müəssisəsini bir neçə il bundən öncə bitirən şəxslər də iştiraki edə biləcəklər. İddiaçılar yarmarkada iştirak etmək üçün özləri haqqında məlumatları [email protected] elektron ünvanına göndərməlidirlər.

Universitet iyunun 5-də Gəncədə ilk regional əmək yarmarkası keçirməyi planlaşdırır. Bu yarmarkada bütün bölgələrin ali təhsil müəssisələrinin tələbələri iştirak edə biləcəklər.

Onun sözlərinə görə, universitet tədbirlər planı hazırlayıb. Plan Gəncənin İcra Hakimiyyəti ilə onun korporativ sektorun inkişafında iştirakı, kənd təsərrüfatı şirkətləri və müvafiq dövlət qurumları nümayəndələrinin yarmarkada iştirakının təmin edilməsi haqqında danışıqların aparılmasını nəzərdə tutur.

Azərbaycan Dövlət İqtisad Universiteti 2006-cı ildən belə yarmarkalar keçirir. "Məzun-2006" adlı ilk yarmarkada 143 məzun, "Məzun-2007"-də 300-dən artıq, "Məzun-2008"-də isə 500-dən artıq məzun işlə təmin edilib. Yarmarkalarda yerli holdinq, bank, sığorta şirkətləri, istehsal müəssisələri, informasiya texnologiyaları üzrə xidmət təklif edən şirkətlərin nümayəndələri iştirak ediblər.

Məqalə müəllifi il əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti