...

Azərbaycan Xalq Bankı pul köçürmələrinin daha bir sisteminə qoşulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2009 12:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 may / Trend /

Azərbaycan Xalq Bankı Contact - təcili pul köçürmələri sisteminə qoşulub, bankın məlumatında bildirilib.

Contact - təcili pul köçürmələrinin və fiziki şəxslərin hesab açmadan ödənişlər etməsinin beynəlxalq sistemidir. Pul köçürmələri bütün dünya üzrə (MDB və uzaq xaric) dollar və avro ilə həyata keçirilir. Göndərəndən tutulan komissiya üç faiz təşkil edir.

Mövcud xidmətdən bankın baş ofisində, o cümlədən Xalq Bankın səkkiz filialından birində istifadə etmək olar.

Xalq Bank, Contact ilə bərabər, Western Union, Migom, Xpress Money və təcili poçt sistemləri vasitəsi ilə analoji xidmətlər təklif edir.

Yaxın zamanlarda bank daha bir təcili pul köçürmələri sisteminə - Privat Money sisteminə qoşulmağı başa çatdırır.

Xəbər lenti

Xəbər lenti