Azərbaycan, Bakı, 26 may / Trend /
Bank Standard daha bir təcili pul köçürmə sistemi - "Zolotaya Korona"ya qoşulub. Bu barədə bankın çərşənbə axşamı yayılan məlumatında bildirilir.
Yeni sistem MDB dövlətlərində, həmçinin bir sıra digər xarici ölkələrdə, o cümlədən Çində fəaliyyət göstərir.
Köçürmələr ABŞ dolları və rus rublunda həyata keçirilir. "Zolotaya Korona" sistemin üstünlükləri arasında əməliyyatın sürəti, sadə rəsmiləşdirmə, köçürmənin təhlükəsizliyi və kiçik komisyon haqqı (köçürülən məbləğin 1,5%-i) sadalana bilər.
"Zolotaya Korona" sistemindən bankın bütün xidmət nöqtələrində faydalanmaq mümkündür. Beləliklə, "Bank Standard"ın əməkdaşlıq etdiyi təcili pul köçürmə sistemlərinin ümumi sayı 8-ə çatıb. Xatırladaq ki, "Zolotaya Korona" sistemindən başqa, bank həmçinin "Western Union", "Bıstraya Poçta", "Contact", "Migom", "Xpress Money", "Faster" və "Privat Money" sistemləri üzrə təcili pul köçürmə xidmətləri göstərir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]