...

ADA-Holding AG-nin Müşahidə Şurasının yeni heyəti seçiləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2009 15:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyul / Trend /

İyulun 8-də Vyanada ADA-Holding AG-nin (ADA Şirkətlər Qrupunun əsas investorlarından biri) səhmdarlarının iştirakı ilə iclas keçiriləcək. İclasda holdinqin Müşahidə Şurasının yeni heyəti seçiləcək. Bu barədə ADA Group-un cümə günü yayılan məlumatında deyilir.

Həmçinin iclasda  2008-ci ilin yekunları və audit yoxlamalarının nəticələri müzakirə olunacaq. İclas ADA-Holding AG-nin Vaynada (Avstriya) yerləşən baş ofisində keçiriləcək.

ADA şirkətlər Qrupunun əsası 2005-ci ildə  qoyulub. Qrup böyük "Almalı" supermarketləri şəbəkəsinin sahibidir. Onların birincisi 2006-cı ildə açılıb. Hazırda "Almalı" respublikanın üç böyük şəhərində fəaliyyət göstərməyi və gündəlik 40 min müştəriyə xidmət etməyi planlaşdırır. 

Beynəlalq Maliyyə Şirkəti ADA Group səmdarlarından biridir.

Xəbər lenti

Xəbər lenti