...

Küveyt-Azərbaycan İnvestisiya Şirkətinin səhmlər emissiyası qeydiyyatdan keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2009 12:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyul / Trend , müxbir N.İsmayılova /

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi iyulun 1-də Küveyt-Azərbaycan İnvestisiya Şirkətinin (KAİŞ) adlı sənədsiz səhmləri qeydiyyatdan keçib. Bu barədə komitənin məlumtında deyilir.

Məlumatda deyildiyi kimi, hər birinin nominal dəyəri 500 manat olmaqla 820 səhm qeydiyyatdan keçib. Emissiyanın ümumi məbləği 410 min manat təşkil edir.

KAİŞ Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və Küveyt Maliyyə Evi (Kuwait Finance House) şirkətinin filalı turcapital tərəfindən təsis edilib.

Razılığa əsasən AİŞ-in iştirak payı 25 faiz təşkil edir, səhmlərin 75 faizi isə Turcapital HOLDİNG-in (Bəhreyn) payına düşür. 

KAİŞ-in ilkin kapitalı 410 min manat təşkil edir.

İki il ərzində kapital tədricən 20 milyon dollara çatdırılacaq, bu vəsait səhmdarlar arasında iştirak payına müvafiq olaraq bölünəcək.

KAİŞ xarici investisiyaları ölkə iqtisadiyyatının bütün sahələrinə cəlb edəcək və yerli müəssisələrə sərmayə yatıracaq. 

AİŞ və KFH tərəfindən birgə müəssisənin yaradılması 2007-ci ilin may ayında imzalanmış niyyət memorandumu əsasında həyata keçirilir. Onun vasitəsilə Azərbaycanda birgə investisiya layihələri həyata keçiriləcək.

İslam strukturları həmişə kənd təsərrüfatı, infrastruktura, logistika, nəqliyyat sahələrindəki layihələrdə maraqlıdırlar. Buna görə də Küveyt Maliyyə Evi bu istiqamətdə daha çox çalışmaq niyyətindədir. İlkin olaraq KFH soyuducu anbarların yaradılması, kommersiya əmlakı sahələrində layihələri artıq baxılmaq üçün təqdim edib.

AİŞ layihələrdə minoritar səhmlərlə çıxış etmək niyyətindədir, əsas kapital isə Azərbaycana xarici sərmayədarlardan gəlir.  

İyulun 04-nə olan rəsmi məzənnə 0,8042 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti