...

Azərbaycanın daha bir bankı MasterCard-a qoşulmağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2009 15:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyul / Trend , müxbir N.İsmayılova /

"Azərbaycanın Parabank-ı artıq gələn il MasterCard beynəlxalq ödəmə sisteminə qoşulmağı planlaşdırır", - xəzinədarlıq departamentinin direktoru Elnur Ağayev deyib.

"Hazırda bank Visa International beynəlxalq ödəmə sistemi ilə işləyir, ancaq biz həm də MasterCard-a qoşulmağı planlaşdırırıq və bu artıq gələn il mümkün olacaq", - Ağayev deyib.

Onun sözlərinə görə, hazırda plastik kartlar dövriyyəsində artım müşahidə olunur. Bu həm milli, həm də xarici valyutada belədir. İyulun əvvəlinə olan məlumata görə, bankın plastik kartlarının sayı təxminən üç min ədəd təşkil edir.

İyunun 1-nə olan məlumata görə, bankın istifadəçilərə təqdim etdiyi plastik kartların sayı 1947 ədəd, bankomat sayı 9, POS-terminal sayı - 138 ədəddir.

Bu gün MasterCard 17 Azərbaycan bankı ilə əməkdaşlıq edir.

İyulun 6-na olan rəsmi məzənnə 0,8042 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti