...

Azərbaycanda paytaxtın torpaq kadastrı hazırlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2009 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycanın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Cənubi Koreya ilə imzalanmış 1,5 milyon dollar məbləğində olan qrant razılaşması çərçivəsində Bakının torpaq kadastrının hazırlanmasına başlayıb. Bu barədə cümə axşamı komitə rəhbəri Qərib Məmmədov məlumat verib.

"Hazırda komitə Bakının torpaq kadastrının hazırlanması üzrə fəal iş aparır", - Məmmədov deyib.

Torpaq kadastrına beş əsas element daxildir: dövlət reyestri, həcm və keyfiyyətin qeydiyyatı, torpaqların ekoloji göstəricisinin kadastrı, torpaqların iqtisadi cəhətdən qiymətləndirilməsi və kadastr xəritələrinin hazırlanması.

"Şəhərdəki bütün obyektlərin (telekommunikasiya xətləri, binalar, mənzillər, milliyətinə və cinsinə görə sakinlər) qeydiyyatını nəzərdə tutan Bakı kadastrının yaradılmış sistemi şəhər infrastrukturunun nizamlanmasına imkan verir", - Məmmədov əvvəlcə bildirmişdi.

"Azərbaycanda torpaq kadastrı sisteminin təkmilləşdirilməsi" qrant razılaşması 18 aylıq müddətə bağlanıb.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti