...

İlk yarımildə Azərbaycanın mənzil fondu 500 min kvadratmetri ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2009 19:45 (UTC +04:00)
"İlk yarımildə Azərbaycanda 505,3 milyon manat əsas fond istismara verilib ki, onlardan 376,7 milyon manatı istehsalat obyektləridir", - Azərbaycanın Dövlət Statistika Komitəsindən cümə axşamı deyilib

Azərbaycan, Bakı, 16 iyul / Trend , müxbir Ü.İsmayılova /

"İlk yarımildə Azərbaycanda 505,3 milyon manat əsas fond istismara verilib ki, onlardan 376,7 milyon manatı istehsalat obyektləridir", - Azərbaycanın Dövlət Statistika Komitəsindən cümə axşamı deyilib.

İlk yarımildə Azərbaycanın mənzil fondu 510,3 min kvadratmetr təşkil edib.

Bu dövr ərzində tikinti-montaj işlərinin aparılması üçün 2,345 milyard manat istifadə olunub ki, bu da illik hesablamada 5,3 faiz artım deməkdir.

İlk yarımildə istehsalat obyektlərinin tikintisinə 2,67 milyard manat sərmayə qoyulub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 6,4 faiz azdır.

Yanvar-mayda Azərbaycanda istismara 421,4 min metr daşınmaz əmlak verilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,7 faiz azdır.

İyulun 16-na olan rəsmi məzənnə 0,8042 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti