...

Payızda Bakıda maliyyələşmənin islam prinsiplərinin prezentasiyası keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2009 17:18 (UTC +04:00)
Küveyt-Azərbaycan İnvestisiya Şirkəti (KAIC) sentyabrda hazırda işlənilən konsepsiyaların prezentasiyasını keçirmək niyyətindədir.

Azərbaycan, Bakı, 21 iyul / Trend , müxbir Ü.İsmayılova /

Küveyt-Azərbaycan İnvestisiya Şirkəti (KAIC) sentyabrda hazırda işlənilən konsepsiyaların prezentasiyasını keçirmək niyyətindədir. Bu barədə çərşənbə axşamı KAIC-ın baş direktoru Riad Qasımov deyib.

"İnvestisiya şirkətinin konsepsiyalarının prezentasiyası yerli biznes dairələri üçün təşkil olunacaq", - Qasımov deyib.

Onun sözlərinə görə, şirkət sahibkarlara öz imkanlarını göstərmək, xüsusilə də konsepsiyalarda nəzərdə tutulan maliyyələşmənin islam prinsipləri barədə danışmaq niyyətindədir.

"İstərdik ki, sahibkarlar bizə yalnız analiz və maliyyələşmə üçün deyil, həm də layihələrin təkmilləşdirilməsi üçün layihələrini təqdim etsinlər", - Qasımov deyib.

KAIC Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və Küveyt Maliyyə Evinin (KFH) törəmə şirkəti "Turcapital" tərəfindən təsis edilib.

Razılaşmaya görə, AİŞ-in iştirak payı 25 faiz təşkil edir. 75 faiz səhm isə "Turcapital Holding"-ə (Bəhreyn) məxsus olacaq. KAIC-in ilkin kapitalı 410 min manat təşkil edir.

İki il ərzində səhmdarlar arasında onların iştirak payına uyğun olaraq bölüşdürüləcək kapital tədricən 20 milyon dollara çatdırılacaq.

KAIC xarici investisiyanı ölkə iqtisadiyyatının müxtəlif sahələrinə cəlb edəcək və yerli müəssisələrə kapital qoyacaq.

AİŞ və KFH arasında birgə şirkət 2007-ci ilin mayında niyyətlər barədə imzalanmış memoranduma əsasən yaradılıb. Onun vasitəsilə Azərbaycanda birgə investisiya layihələri həyata keçiriləcək.

İslam strukturları hər zaman kənd təsərrüfatı, infrastruktur, logistika, nəqliyyat sahələrindəki layihələrə maraq göstərib. Buna görə də Küveyt Maliyyə Evi ilə bu istiqamətlərdə böyük iş görmək planlaşdırılır. Əvvəlcə KFH-yə soyuducu anbarların yaradılma layihələri baxılmaq üçün təqdim olunub.

AİŞ minoritar səhmdarlar layihələrində çıxış etmək niyyətindədir, əsas kapital isə Azərbaycana xarici investorlardan gələcək.

İyulun 21-nə olan rəsmi məzənnə 0,8041 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti