...

Azərbaycan bankı 2009-cu ilin sonunadək avtolizinqə 9,5 mln manat ayırmaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2009 19:38 (UTC +04:00)
Azərbaycan bankı Azərdəmiryolbankın lizinq şöbəsi 2009-cu ilin sonuna kimi avtolizinq məqsədləri üçün 9,5 milyon manat ayırmağı planlaşdırır.

Azərbaycan, Bakı, 22 iyul / Trend , müxbir N.İsmayılova /

Azərbaycan bankı Azərdəmiryolbankın lizinq şöbəsi 2009-cu ilin sonuna kimi avtolizinq məqsədləri üçün 9,5 milyon manat ayırmağı planlaşdırır. Bu barədə bankdan deyilib.

Bank avtolizinq xidmətlərini bu ilin iyun ayından təqdim etməyə başlayıb və birinci ay ərzində 85 min manat dəyərində dörd saziş maliyyələşdirilib.

"Hazırda danışıqlar aparılır və tezliklə avtolizinqin maliyyələşdirilməsini artırmağı planlaşdırır", - deyə bankdan bildirlib.

Bank lizinqə dəyəri 10 min manatdan az olmayan yeni və işlənmiş avtomobilləri (istismar müddəti beş ildən artıq olmayan) dörd il müddətinə 21-24 faiz dərəcəsi üzrə təqdim edir. Ödənişlərin ölçüsü avtomobilin dəyərinin 20 faizindən az olmamalıdır.

Avtolizinq xidmətləri bankın Əməliyyat, Mərkəzi, Nəsimi və Biləcəri filiallarında təqdim edilir.

Bankın lizinq şöbəsi 2007-ci ilin may ayında fəaliyyətə başlayıb. Bankın ümumi lizinq portfeli 2009-cu ilin birinci yarımili ərzində 3,23 milyon manat təşkil edib. İyulun 1-də qüvvədə olan 36 müqavilə mövcuddur.

Bank sənaye, ticarət, tibbi avadanlıq və tenika lizinqləri, həmçinin avtolizinq həyata keçirir.

Ölkənin ilk kommersiya banklarından biri olan Azərdəmiryolbank 1989-cu ildə təsis edilib. Bankı səmdarları arasında Avropa Yenidənqurma və İnkişaf Bankı və Niderland Maliyyə İnkişaf Şirkəti (FMO) yer alır. Paytaxt Bakıda və regionlarda bankın 32 filial və şöbəsi fəaliyyət göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti