...

Azərbaycan Mikromaliyyə Assosiasiyasının idarəetmə şurasının yeni tərkibi təsdiqlənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyul 2009 15:36 (UTC +04:00)
"Dünən assosiasiyanın idarəetmə şurasının iclası keçirilib. İclasda sədr və şuranın iki üzvü seçilib", - assosiasiyadan deyilib.

Azərbaycan, Bakı, 30 iyul / Trend , müxbir N.İsmayılova /

Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) yeni sədri və idarəetmə şurasının üzvləri seçilib. Bu barədə cümə axşamı assosiasiyadan məlumat verilib.

"Dünən assosiasiyanın idarəetmə şurasının iclası keçirilib. İclasda sədr və şuranın iki üzvü seçilib", - assosiasiyadan deyilib.

İdarə heyətinin sədri vəzifəsinə Kamran Abdullayev (Finca), heyətin iki yeni üzvü vəzifəsinə isə Samir Cəfərli (VF Azercredit) və Rüfət İsmayılov (Acces Bank) seçilib.

AMA-dan deyildiyi kimi, assosiasiyanın əvvəlki sədri Vüsal Eynullayev (Cred Agro) və idarə heyətinin iki üzvü Ella Bivers (Finca) və Bəhmən Əsgərov (Normicro) istefaya göndərilib.

İdarəetmə şurası dörd üzvdən və idarə heyətinin sədrindən ibarətdir. Şuranın iki üzvü Süleyman Kələşov (Agrarcredit) və Cəlal Əliyev (Finance for development) vəzafəsində qalıb.

Ölkədə fəaliyyət göstərən 18 mikromaliyyə təşkilatından 14-ü AMA-nın üzvüdür. Hazırda AMA-nın 26 üzvü var, onlardan 11-i bankdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti