...

Azərbaycanda "donuz qripi"nə yoluxanların vəziyyəti yaxşılaşır - Səhiyyə Nazirliyi

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2009 16:36 (UTC +04:00)
"Donuz qripi" (A/H1/N1) virusuna yoluxan iki azərbaycanlının vəziyyəti qənaətbəxşdir.
Azərbaycanda "donuz qripi"nə yoluxanların vəziyyəti yaxşılaşır - Səhiyyə Nazirliyi

Azərbaycan, Bakı, 31 iyul / Trend , müxbir Ü.İsmayılova /

"Donuz qripi" (A/H1/N1) virusuna yoluxan iki azərbaycanlının vəziyyəti qənaətbəxşdir. Bu barədə cümə günü Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib.

"Müalicə uğurla davam etdirilir və onun başa çatmasından sonra xəstələr evlərinə buraxılacaq", - deyə nazirlikdən bildirilib.

Qədirlinin sözlərinə görə, Azərbaycanda hələlik (A/H1/N1) virusuna yoluxma üzrə yeni hal qeydə alınmayıb.

Cümə axşamı nazirlik Azərbaycanda "donuz qripi"nə yoluxma üzrə iki faktın aşkar edilməsini bəyan edib. İyulun 27-də Parisdən gələn qadın tibb məntəqəsinə müraciət edib. Virusun olması ehtimalı üzrə aparılan təhlillərin nəticələri müsbət olub.

İyulun 29-da Bakı aeroportunda "termosensor" qurğusu vasitəsilə Azərbaycanın Böyük Britaniyadan gələn vətəndaşında qızdırmanın olması müəyyən edilib.

Xəstələrlə ünsiyyətdə olan şəxslərin vəziyyətləri üzrə monitorinqlər bir həftə ərzində keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti