...

Azərbaycanın istehlak bazarı üç ay ərzində yarım milyon manata yaxın cərimə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Avqust 2009 16:29 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı ümumi çəkisi 750 kiloqrama yaxın istifadə müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, süd və süd məhsulları, pivələr, sərinləşdirici içkilər, uşaq qidaları və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Azərbaycanın istehlak bazarı üç ay ərzində yarım milyon manata yaxın cərimə olunub

Azərbaycan, Bakı, 17 avqust / Trend /

İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin ölkə ərazisində istehlakçı hüquqlarının qorunması, həmçinin istifadəyə yararsız istehlak mallarının satışının qarşısının alınması istiqamətində nəzarət tədbirlərinin davamı çərçivəsində keçirdiyi növbəti monitorinqlər zamanı ümumi çəkisi 750 kiloqrama yaxın istifadə müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, süd və süd məhsulları, pivələr, sərinləşdirici içkilər, uşaq qidaları və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Bu barədə nazirliyin bazar ertəsi yaydığı məlumatda deyilir

Bu pozuntu faktları Bakının Xətai, Nizami, Yasamal, Səbail, Nəsimi rayonları, Sumqayıt, Goranboy, Quba və Gəncə şəhərlərində son üç gün ərzində keçirilən monitorinqlər zamanı aşkar edilib.

Qanun pozuntusuna yol vermiş 17 fiziki şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Bu şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Ümumiyyətlə, 17 may 2009-cu il tarixindən "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilən 44 hüquqi şəxsə 169 min manat, 299 fiziki şəxsə 449 min manat cərimə tətbiq olunub.

Avqustun 17-nə olan rəsmi məzənnə 0,804 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti