...

Azərbaycanda yarım tondan çox istifadə müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Avqust 2009 16:18 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinq zamanı 530 kiloqram istifadə müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılıb.
Azərbaycanda yarım tondan çox istifadə müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılıb

Azərbaycan, Bakı, 24 avqust / Trend /

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinq zamanı 530 kiloqram istifadə müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılıb. Bu barədə nazirliyin bazar ertəsi yayılan məlumatında deyilir.

Monitorinlər Bakının Nərimanov rayonunda, həmçinin Gəncə, Sumqayıt və Xudat şəhərlərində keçirilib.

Ticarət məntəqələrində vaxtı keşmiş kolbasa və qənnadı məmulatları, bitki yağları, süd və süd məhsulları, pivələr, sərinləşdirici içkilər, uşaq qidaları, balıq məhsulları və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Monitorinqin yekunlarına əsasən, 13 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib.

Ümumiyyətlə, 17 may 2009-cu il tarixindən "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" Qanun qüvvəyə mindikdən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 45 hüquqi şəxsə 173 min manat, 337 fiziki şəxsə 506 min manat cərimə tətbiq olunub.

Monitorinqlər davam edir.

Avqustun 24-nə olan rəsmi məzənnə 0,8039 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti