...

Azərbaycanda daha 700 kiloqram ərzaq məhsulu satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Avqust 2009 18:25 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı ümumi çəkisi 700 kiloqrama yaxın istifadə müddəti ötmüş ərzaq məhsulları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib
Azərbaycanda daha 700 kiloqram ərzaq məhsulu satışdan çıxarılıb

Azərbaycan, Bakı, 27 avqust / Trend /

"Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti ölkə ərazisində istehlakçı hüquqlarının qorunması, həmçinin istifadəyə yararsız istehlak mallarının satışının qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir. Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı ümumi çəkisi 700 kiloqrama yaxın istifadə müddəti ötmüş ərzaq məhsulları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib", - nazirliyin cümə axşamı yayılan məlumatında deyilir.

Monitorinqlər Bakının Binəqədi, Nəsimi, Yasamal, Nizami rayonları, Gəncə, Sumqayıt və Siyəzən şəhərlərində həyata keçirilib.

Götürülən ərzaq məhsulları arasında kolbasa və qənnadı məmulatları, bitki yağları, balıq, süd və süd məhsulları, pivələr, sərinləşdirici içkilər, uşaq qidaları, və s. olub.

Qanun pozuntusuna yol vermiş 1 hüquqi və 16 fiziki şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Ümumiyyətlə, 17 may 2009-cu il tarixindən "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilən 45 hüquqi şəxsə 173 min manat, 341 fiziki şəxsə 512 min manat cərimə tətbiq olunub.

Avqustun 27-nə olan rəsmi məzənnə 0,8041 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti