...

"Şərq tərəfdaşlığı" çərçivəsində azad ticarət barədə müqavilə Azərbaycanın ÜTT-yə daxil olması üçün stimul olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2009 15:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr / Trend , müxbir N.İsmayılova /

Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində təklif etdiyi üzv ölkələr arasında hərtərəfli azad ticarət barədə müqavilə Azərbaycan üçün Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvlüyünə daxil olma prosesini sürətləndirmək üçün stimul olacaq. Bunu cümə günü mərbuat konfransında Avropa Komissiyanın xarici əlaqələr üzrə baş idarəsinin Ukrayna, Moldova, Belarus və Cənub Qafqaz üzrə şöbəsinin rəhbəri Con Kyaer (John Kjaer) deyib.

"Ölkələr üçün əsas tələb qanunvericiliyin proqramın tələblərinə uyğun unifikasiyasıdır, ümumilikdə isə dörd əsas tələb irəli sürmüşük, bunlardan biri də ÜTT-yə üzvlükdür", - Kyaer deyib.

Onun sözlərinə görə, Azərbaycan hazırda danışıqlar mərhələsindədir və bu müqavilə danışıqların sürətlə başa çatdırılması üçün stimul ola bilər.

Altı tərəfdaş ölkədən yalnız Azərbaycan və Belarus ÜTT-yə daxil deyil. Ermənistan, Gürcüstan, Moldava və Ukrayna isə təşkilatın üzvləridir.

Polşa və İşveçin təşəbbüsü ilə Aİ tərəfindən hazırlanan və may ayında Praqada rəsmən fəaliyyətə başlayan "Şərq tərəfdaşlığı" proqramına Azərbaycan, Belarus, Ukrayna, Ermənistan, Moldova və Gürcüstan daxildir. "Şərq tərəfdaşlığı" Aİ ilə iqtisadi və siyasi sahələrdə təşkilata daxil olmadan daha sıx tərəfdaşlığı nəzərdə tutur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti