Azırbaycan, Bakı, 09 oktyabr / Trend /
Oktyabrın 1-də Azərbaycan bankı ASB Bank-ın aktivləri 107,66 milyon manat təşkil edib, bu göstərici yanvarın 1-nə 78,03 milyon manat olub. Bu barədə bankın cümə gününə olan məlumatında deyilir.
Hesabat dövründə bankın depozit portfeli yanvarın 1-nə olan 40,57 milyon manata nisbətdə 72,63 milyon manat təşkil edib. Kredit portfeli isə 64,27 milyon manat (38,84 milyon manat), məcmu kapitalı 23,59 milyon manat (16,14 milyon manat) təşkil edib. Bankın nizamnamə kapitalı 20 milyon manatdır.
Hazırda ölkədə bankın 8 filialı, 23 bankomatı və 255 POS-terminalı mövcuddur.
ASB Bank öz fəaliyyətinə 1996-cı ildə başlayıb. 1997-ci ildə bank "Azərbaycan Sığorta" MMC-ni 700 min manat (100%) payla təsis edib. 1997-ci ildən bank Beynəlxalq Valyuta Birjasının üzvüdür, 2000-ci ildən Bakı Fond Birjasının təsis edilməsində 120 min manatla iştirak edib. 2000-ci ildən bank Azərbaycan Banklar Assosiasiyasının (ABA) üzvüdür. 2004-cü ildə bank "Azərbaycan Sənaye Lizinqi" MMC-ni 109 min manat (100 faiz) payla təsis edib, 2006-cı ildə "Milli Kart" MMC-nin təsis edilməsində 400 min manat (10 faiz) payla iştiral edib. 2006-cı ildə isə "Azərbaycan Beynəlxalq Bankı-Gürcüstan" SC-nin təsis edilməsində 1 527 225 manat payla iştirak edib.
Oktyabrın 09-na olan cari məzənnə 0,8033 AZN/USD təşkil edir.