...

Azərbaycanda təxminən 110 kiloqram istifadə müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Noyabr 2009 16:37 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilən növbəti monitorinqlər zamanı təxminən 110 kiloqram istifadə müddəti ötmüş ərzaq məhsulları aşkar edilərək satışdan çıxarılıb.
Azərbaycanda təxminən 110 kiloqram istifadə müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılıb

Azərbaycan, Bakı, 16 noyabr / Trend , müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilən növbəti monitorinqlər zamanı təxminən 110 kiloqram istifadə müddəti ötmüş ərzaq məhsulları aşkar edilərək satışdan çıxarılıb. Nu barədə nazirliyin bazar ertəsi yayılan məlumatında deyilir.

Monitorinqlər Gəncə və Sumqayıt şəhərlərində keçirilib.

Mağazalarda kolbasa və qənnadı məmulatları, makaron məmulatları, bitki yağları, konservləşdirilmiş məhsullar, meyvə şirələri, sular, düyü, duz, çay, uşaq yeməkləri və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunub.

İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlakçılara mal alarkən diqqətli olmağı, onların saxlama müddətinə, etiketlənməsinə xüsusi diqqət yetirməyi tövsiyə edir.

Ümumiyyətlə, 17 may 2009-cu il tarixindən, "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" qanun qüvvəyə mindikdən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 57 hüquqi şəxsə 215,2 min manat, 610 fiziki şəxsə isə 911,8 min manat cərimə tətbiq olunub.

Noyabrın 16-na olan rəsmi məzənnə 0,8028 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti