...

Bank of Azerbaijan öz tarif planına yenidən baxır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2010 17:53 (UTC +04:00)
Bank of Azerbaijan öz tarif planına yenidən baxır. Bunu bazar ertəsi bankın İdarə Heyətinin sədri Xəyal Şərifzadə deyib.

Azərbaycan, Bakı, 18 yanvar / Trend , müxbir N.İsmayılova/

Bank of Azerbaijan öz tarif planına yenidən baxır. Bunu bazar ertəsi bankın İdarə Heyətinin sədri Xəyal Şərifzadə deyib.

"Hazırda yeni siyasət müzakirə edilir və artıq gələn ayın ortalarında korporativ və fiziki şəxslər üçün yeni tarif paketlərimiz olacaq", - Şərifzadə deyib.

Onun sözlərinə görə, depozitlərin və kreditlərin nəzərdə tutulan faiz dərəcələri 2-3% azalacaq. "Bankın depozitlər olan 15-19%-lik orta faiz dərəcəsi ölkədə ən yüksək faiz dərəcələrindən biridir", - Şərifzadə belə hesab edir. Əmanətlər üzrə minimal faiz dərəcəsi illik 7% təşkil edir.

Bank of Azerbaijan-ın kreditlərinin faiz dərəcəsi illik 22-36% arasında dəyişir.

Bank of Azerbaijan-ın nizamnamə kapitalı 15 milyon manat, bank aktivlərinin ümumi həcmi isə 144 milyon manatdan artıq təşkil edir. Bank of Azerbaijan 1993-cu ildə yaradılıb. Bank səhmlərinin 99%-i fiziki şəxslərə, 1%-i isə Dubayın NEM Holding şirkətinə məxsusdur.

Yanvarın 18-nə olan rəsmi məzənnə 0,8030 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti