Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir N.İsmayılova/
Azərbaycanda yeganə qızıl istehsalçısı olan "Anglo Asian Mining PLC" şirkəti "Bank Standard"dan bir milyon dollar məbləğində təmin olunmamış kredit xətti cəlb edib. Bu barədə şirkətin məlumatında bildirilir.
Kredit 19 faiz illik dərəcə üzrə verilib və 2010-cu ilin dekabrında ödənilməlidir.
"Borc aktivlərin və avadanlıqların alınmasına yönəldiləcək. Onlardan şirkətə əlavə maliyyə çevikliyi verən istehsalatın genişləndirilməsində istifadə olunacaq", - məlumatda deyilir.
İndiyədək şirkət Azərbaycan Beynəlxalq Bankından kredit resursları cəlb edib.
"Anglo Asian Mining PLC" şirkəti 1997-ci ildə Azərbaycan hökuməti ilə imzaladığı PSA tipli müqavilə əsasında Azərbaycanın şimal-qərbindəki 6 yataqda - Gədəbəy, Qoşa Bulaq, Qızıl Bulaq, Veynəli və Söyüdlü yataqlarında işləmək hüququna malikdir. Müqaviləyə əsasən yataqlarda 400 tona yaxın qızıl, 2500 ton gümüş və 1,5 milyon ton mis hasilatı planlaşdırılır.
İlk qızıl və gümüş 2009-cu ilin mayında Gədəbəy mədənində hasil edilib. Ümumilikdə, 2015-ci ilədək Gədəbəy yatağında 300 min unsiyadan çox qızılın hasilatı planlaşdırlır. Hazırda 2009-cu ildə start götürən istehsalatın həcmi 18 855 unsiyaya çatıb.
Şirkətin rəhbərliyi ümid edir ki, istehsalat işin ilk 12 ayı üçün (2010-cu il iyunun 30-dək) nəzərdə tutulmuş 25 000 unsiya qızıl həcmində məqsədli həcmi artıracaq.