...

Bakı Metropolitenində baş verən problem texniki xarakter daşıyıb – "Bakıelektrikşəbəkə"

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Mart 2010 17:29 (UTC +04:00)
Bu gün "Azadlıq prospekti" stansiyası istiqamətində qatarların hərəkətində baş verən problem Bakı Metropoliteninin 825 voltluq dairəvi daimi elektrik sistemindəki texniki problemlərlə bağlı olub.
Bakı Metropolitenində baş verən problem texniki xarakter daşıyıb – "Bakıelektrikşəbəkə"

Azərbaycan, Bakı, 31 mart / Trend /

Bu gün "Azadlıq prospekti" stansiyası istiqamətində qatarların hərəkətində baş verən problem Bakı Metropoliteninin 825 voltluq dairəvi daimi elektrik sistemindəki texniki problemlərlə bağlı olub. Bu barədə "Bakıelektrikşəbəkə" SC-nin məlumatında deyilir.

"Baş vermiş problem qısa müddət ərzində aradan qaldırılıb", - məlumatda deyilir.

"Elmlər Akademiyası" stansiyasında olan TREND-in müxbirinin daha əvvəl bildirdiyi kimi, Bakı Metropoliteninin "Nizami və "Azadlıq prospekti" stansiyaları arasında qatarların hərəkəti yaranan problemlərdən sonra günün ikinci yarısı bərpa olunub.

Onun sözlərinə görə, "Nizami" stansiyasından "Azadlıq prospekti" stansiyasına kimi və əks istiqamətdə qatarların istiqaməti qısa müddət dayandırılmışdı.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarıverdiyevanın məlumatına görə, problemlər texniki xarakter daşıyıb və hazırda aradan qaldırılıb.

Xəbər lenti

Xəbər lenti