Azərbaycan, Bakı, 5 aprel /Trend , müxbir N.İsmayılova/
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi 0,0002 bənd (0,02 faiz) ucuzlaşıb. Ötən həftə orta məzənnə bir ABŞ dollarına 0,80334 manat səviyyəsində müəyyən olunub.
Manata münasibətdə dolların maksimum məzənnəsi martın 31-də və aprelin 2-də 1 ABŞ dolları üçün 0,8034 manat, minimum isə martın 30-da bir ABŞ dollarına 0,8032 manat müəyyən olunub.
|
ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi |
|||
|
22 mart |
0,8033 |
29 mart |
0,8033 |
|
23 mart |
0,8033 |
30 mart |
0,8032 |
|
24 mart |
0,8033 |
31 mart |
0,8034 |
|
25 mart |
0,8033 |
1 aprel |
0,8034 |
|
26 mart |
0,8033 |
2 aprel |
0,8034 |
|
Həftə ərzində orta məzənnə |
0,8033 |
Həftə ərzində orta məzənnə |
0,80334 |
Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0002 bənd (0,02 faiz) ucuzlaşıb. Orta məzənnə 1 ABŞ dollarına 0,80344 manat səviyyədə müəyyən olunub.
Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): martın 29-da 0,8034 AZN/USD məzənnə ilə 0,05 mln, martın 30-da 0,8033 AZN/USD məzənnə ilə 0,097 mln, martın 31-də 0,8035 AZN/USD məzənnə ilə 10,508 mln, aprelin 1-də sövdələşmələr olmayıb, buna görə də məzənnə əvvəlki səviyyədə - 0,8035 AZN/USD saxlanılıb və aprelin 2-də 0,8035 AZN/USD məzənnə ilə 5,4 mln manat təşkil edib.
|
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi: |
|||
|
22 mart |
0,8034 |
29 mart |
0,8034 |
|
23 mart |
0,8034 |
30 mart |
0,8033 |
|
24 mart |
0,8034 |
31 mart |
0,8035 |
|
25 mart |
0,8034 |
1 aprel |
0,8035 |
|
26 mart |
0,8034 |
2 aprel |
0,8035 |
|
Həftə ərzində orta məzənnə |
0,8034 |
Həftə ərzində orta məzənnə |
0,80344 |
USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.
Özəlləşdirmə çeklərinin qiyməti əvvəlki səviyyədə qalıb, alışı doqquz manat, on manat təşkil edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin özəlləşdirmə çeklərinin istifadə prosesinin təmin olunmasına dair əlavə tədbirlər haqqında fərmanına əsasən, çeklərin istifadə müddəti daha bir il - 2011-ci il yanvarın 1-nə qədər uzadılıb. Bu qərar hazırda çeklərin 80 faizinin dövriyyədən çıxarılması ilə bağlı verilib.