...

Azərbaycanda 380 kiloqramdan çox vaxtı keçmiş ərzaq məhsulları aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2010 18:42 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinqlər zamanı 380 kiloqramdan çox istifadə müddəti ötmüş ərzaq məhsulları məhv edilib.
Azərbaycanda 380 kiloqramdan çox vaxtı keçmiş ərzaq məhsulları aşkar edilib

Azərbaycan, Bakı, 6 may /Trend/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinqlər zamanı 380 kiloqramdan çox istifadə müddəti ötmüş ərzaq məhsulları məhv edilib. Bu barədə cümə axşamı nazirliyin məlumatında deyilir.

Monitorinqlər Bakının Nəsimi, Səbail, Binəqədi, Yasamal, Sabunçu, eləcə də Qax və Xaçmaz rayonlarında aparılıb.

Pərakəndə satış obyektlərində istifadə müddəti ötmüş müxtəlif məhsullar - kolbasa, şirniyyat və un məmulatları, yağ, süd məhsulları, pivə, meyvə şirələri, sərinləşdirici içkilər, uşaq qidaları və s. müsadirə edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcək.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti