...

Beynəlxalq Sığorta Şirkəti iri sığorta ödənişi həyata keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2010 11:29 (UTC +04:00)
Beynəlxalq Sığorta Şirkəti (BSŞ) mayın 7-də qiyməti 180 000 manat olan Porsche Panamera avtomobilinin sahibinə iri sığorta ödənişi həyata keçirib. Bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatda bildirilir.
Beynəlxalq Sığorta Şirkəti iri sığorta ödənişi həyata keçirib

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir Ü.İsmayılova/

Beynəlxalq Sığorta Şirkəti (BSŞ) mayın 7-də qiyməti 180 000 manat olan Porsche Panamera avtomobilinin sahibinə iri sığorta ödənişi həyata keçirib. Bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatda bildirilir. Ekspertlərin qiymətləndirmələrinə görə, yol-qəza hadisəsi (YQH) zamanı avtomobilə dəyən ziyan, demək olar, 53 000 manat olub, sığorta haqqı 51 500 manat təşkil edib. Məlumatda belə deyilir.

Bu, ilk oxşar hadisə deyil. Bundan əvvəl BSŞ tərəfindən avtomobillərin, əmlakın, məsuliyyətin, könüllü tibbi sığortanın və digər növlərlə bağlı iri ödənişlər həyata keçirilib.

2009-cu ilin yekunları üzrə BSŞ 4,35 milyon manat məbləğində sığorta ödənişləri həyata keçirib. 2010-cu ilin birinci rübündə isə sığorta ödənişlərinin həcmi 1,12 milyon manat təşkil edib ki, bu da Azərbaycanın bütün sığorta bazarında ən yüksək göstəricilərdən biridir.

Operativlik və sığorta hadisələri zamanı xidmətin keyfiyyəti BSŞ-nin bu gün nümayiş etdirdiyi kimi, sığortaçının ödəniş qabiliyyətliliyi və etibarlılığının göstəricisini müəyyən edir.

Beynəlxalq Sığorta Şirkəti 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən yaradılıb. Bu gün şirkət könüllü sığortanın 32 və məcburi sığortanın beş növü üzrə xidmətlər təqdim edir.

Xəbər lenti

Xəbər lenti