...

Tbilisidə ətraf dəmir yolunu çinlilər inşa edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2010 14:53 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 17 may /Trend, müxbir N.Kirsxalia/

Tbilisidə ətraf dəmir yolunun çəkilməsi barədə layihəni Gürcüstan - Çin konsorsiumu gerçəkləşdirir. Konsorsiuma gürcü "Körpü tikintisi" ASC və Çinin dəmiryol tikinti şirkəti daxildir, - bu barədə "Gürcüstan Dəmir Yolları" MMC-in keçirdiyi brifinqdə bildirilib.

Layihədə şəhərin mərkəzindən Tbilisi dənizinə doğru dəmir yolunun çəkilməsi planlaşdırılır. Bununla bağlı "Gürcüstan Dəmir Yolları" ASC ətraf dəmir yolunun çəkilməsinin birinci mərhələsində tikintiyə Avropa Yenidənqurma və İnkişaf Bankından 100 mln avronun alınması barədə saziş imzalayıb.

Layihəni aprelin sonunda beynəlxalq tenderdə qalib gəlmiş Gürcüstan - Çin konsorsiumu həyata keçirəcək.

Layihəyə əsasən, yeni dəmir yolu üç ildən sonra hazır olacaq. Əsasən, yerli kadrların çalışacağı tikinti işlərinə may ayında başlanacaq.

Müxtəlif məntəqələr üzrə yolların çəkilməsində onları idarə edən şəxslərə kompensasiyalar ödəniləcək.

Xəbər lenti

Xəbər lenti