...

Azərbaycan və Niderland iş adamları arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2010 16:17 (UTC +04:00)
Niderlandda İqtisadi İnkişaf Nazirliyinin. Niderland Krallığının Xarici İşlər Nazirliyinin, Azərbaycanın Niderlanddakı və bu ölkənin Bakıdakı səfirliklərinin, Azərbaycan İnvestisiya Şirkətinin və Niderlandın Ticarətə Yardım üzrə Şurasının təşkilatçılığı ilə Azərbaycan iqtisadiyyatının dinamik inkişafına və geniş perspektivlərinə dair təqdimat keçirilib.
Azərbaycan və Niderland iş adamları arasında əməkdaşlığın genişləndirilməsi imkanları  müzakirə edilib

Azərbaycan, Bakı, 3 iyul/Trend/

Niderlandda İqtisadi İnkişaf Nazirliyinin. Niderland Krallığının Xarici İşlər Nazirliyinin, Azərbaycanın Niderlanddakı və bu ölkənin Bakıdakı səfirliklərinin, Azərbaycan İnvestisiya Şirkətinin və Niderlandın Ticarətə Yardım üzrə Şurasının təşkilatçılığı ilə Azərbaycan iqtisadiyyatının dinamik inkişafına və geniş perspektivlərinə dair təqdimat keçirilib.

Tədbirdə hər iki ölkənin rəsmiləri ilə yanaşı, yerli iş adamları, Haaqada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri iştirak ediblər.

Niderland Krallığının Xarici İşlər Nazirliyinin baş katibinin müavini M.Van Daalen son illər uğurla inkişaf edən Azərbaycan-Niderland münasibətlərinin genişləndirilməsi və ikitərəfli iqtisadi əlaqələrin perspektivləri barədə ətraflı məlumat verib, ölkəsinin Azərbaycanla daha sıx siyasi və iqtisadi əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Azərbaycanın Niderlanddakı səfiri Fuad İsgəndərov ölkəmizin dinamik inkişafı, Azərbaycan-Niderland əməkdaşlığının inkişaf perspektivləri barədə çıxış edib.

İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri Samir Vəliyev Azərbaycan iqtisadiyyatı barədə geniş məlumat verib, ölkəmizin investisiyalar üçün cəlbedici olduğunu, əlverişli biznes və investisiya mühitinin yaradıldığını
vurğulayıb. Əldə edilmiş nailiyyətlərin Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsi olduğunu diqqətə çatdıran Vəliyev niderlandlı iş adamlarını bu imkanlardan yararlanmağa, Azərbaycanlı həmkarları ilə əlaqələrini daha da genişləndirməyə dəvət edib.

Tədbir çərçivəsində Niderlandın iş adamları ilə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti