...

Qara dəniz Ticarət və İnkişaf Bankının yeni prezidenti səlahiyyətlərinin icrasına başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2010 16:49 (UTC +04:00)
Andrey Kondakov cümə günü Qara dəniz Ticarət və İnkişaf Bankının (QTİB) prezidenti vəzifəsinin rəsmi icrasına başlayıb.
Qara dəniz Ticarət və İnkişaf Bankının yeni prezidenti səlahiyyətlərinin icrasına başlayıb

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir Ü.İsmayılova/

Andrey Kondakov cümə günü Qara dəniz Ticarət və İnkişaf Bankının (QTİB) prezidenti vəzifəsinin rəsmi icrasına başlayıb. O, bu postda 1999-cu ildən banka rəhbərlik edən Xeyrəddin Kaplanı əvəz edib. Bankın bu gün yaydığı məlumatda deyilir ki, Kondakov bu vəzifədə dörd il fəaliyyət göstərəcək.

Kondakov 2003-2007-ci illərdə Rusiyanı QTİB-də təmsil edib, 2007-2010-cu illərdə bankın vitse-prezidenti olub.

Bu gün Yunanıstan, Rusiya və Türkiyə hər biri 16,5 faizlik payla bankın ən iri səhmdarları kimi qalırlar. Rumıniya 14, Bolqarıstan və Ukrayna hər biri 13,5, Azərbaycan 5, Albaniya 2, Ermənistan və Moldova hərəsi 1, Gürcüstan isə 0,5 faizə sahibdirlər.

Azərbaycandan Qara dəniz bankının rəhbəri iqtisadi inkişaf naziri Şahin Mustafayev, onun müavini maliyyə naziri Samir Şərifovdur.

Xəbər lenti

Xəbər lenti