...

"Bank Standard" avtokreditləşmə üzrə şərtləri optimallaşdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Avqust 2010 12:22 (UTC +04:00)
"Bank Standard" avtokreditləşmə üzrə şərtləri optimallaşdıraraq, onları daha da əlverişli edib. Bu barədə bankın çərşənbə günü yaydığı məlumatda deyilir.
"Bank Standard" avtokreditləşmə üzrə şərtləri optimallaşdırıb

Azərbaycan, Bakı, 11 avqust /Trend/

"Bank Standard" avtokreditləşmə üzrə şərtləri optimallaşdıraraq, onları daha da əlverişli edib. Bu barədə bankın çərşənbə günü yaydığı məlumatda deyilir.

Yeni şərtlərə görə, indi kreditin maksimum məbləği 40 min manatadək təşkil edə bilər; minimum ilkin ödəniş isə avtomobilin dəyərindən 25 faizədək aşağı salınıb. Digər banklarda ilkin ödəniş 35-40 faiz (yeni avtomobillər satan rəsmi avtosalonlardan başqa) təşkil edir. "Bank Standard"ın avtokreditləşmə üzrə faiz dərəcələri ilkin ödənişdən asılı olaraq 16 faizdən başlayır. Bazarda isə yeni avtomobillərin kreditləşməsi üzrə orta dərəcə 19,5 faiz təşkil edir.

Bundan əlavə, sığorta məbləği kreditin məbləğinə əlavə olunur və müştəri faktik olaraq yalnız ilkin ödənişi və kredit komissiyasına pul ödəyir.

Avtomobil kreditləşməsi proqramı praktik olaraq ölkəyə rəsmən gətirilən bütün avtomobil markalarını və modellərini əhatə edir. Bankın avtomobil kreditləşməsi proqramı çərçivəsində yeni avtomobillərlə yanaşı, işlənmiş avtomobillər də əldə etmək olar.

"Bank Standard"dan avtomobil krediti almaq üçün paytaxta qeydiyyat təəb olunmur. İndi kreditlər bankın Gəncə, Lənkəran və Quba filiallarında da verilir.

"Bank Standard" avtomobil kreditləri minimum sənəd paketini və tez sənədləşdirməni nəzədə tutur.

Avqustun 11-də rəsmi məzənnə 0,8035 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti