...

Taxılın qiymətinin artması Qazaxıstanda çörəyin bahalaşmasına səbəb olmayacaq – mütəxəssis

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Avqust 2010 20:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir S.Süleymanov/

Taxılın qiymətinin indiki artımına görə Qazaxıstanda çörəyin bahalaşması gözlənilmir. Bu barədə Trend-ə müsahibəsində Milli Şirkət "Prodkorporasiya" SC-nin kommersiya məsələləri üzrə idarəedici direktoru Daulet Uvaşev deyib.

"Çörək bahalaşmayacaq", - deyə Uvaşev müvafiq sualı cavablandırarkən deyib.

O xatırladıb ki, Qazaxıstanda oxşar vəziyyət 2007-ci ildə də olub. O zaman taxılın qiyməti yüksəlib, çörəyin qiyməti isə olduğu kimi qalıb.

"Məsələ ondadır ki, çörək istehsalı uzun bir zəncirdir, onun qiyməti taxılın qiymətindən xeyli geri qalır. Odur ki, narahatlığa səbəb yoxdur", - Uvaşev qeyd edib.

Onun sözlərinə görə, bundan başqa, bu il yayın quraqlığı Qazaxıstan taxılının keyfiyyətinə müsbət təsir göstərəcək.

"Yay nə qədər isti olsa, öz maddəsi də bir o qədər yüksək olar. Bu, taxılın keyfiyyətini müəyyənləşdirərkən çox vacib amildir. Kostanaedə taxılda öz 30 faiz, Akmolin vilayətində 26-28%, Şimali Qazaxıstan vilayətində isə normadan bir az aşağı təşkil edirsə, deməli, hər şey yüksəkdir", - Uvaşev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti