...

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yeni təsnifatları təsdiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Avqust 2010 19:28 (UTC +04:00)
Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilmiş təsnifatları təsdiq edib.
Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yeni təsnifatları təsdiq edib

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir A.Axundov/

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilmiş təsnifatları təsdiq edib. Bu barədə Dövlət Komitəsinin məlumatında deyilir.

Komitə sədri Ramiz Həsənovun əmri ilə AZT 039-2010 "İqtisadi fəaliyyətdə xidmətlər təsnifatı", AZT 040-2010 "Sənaye məhsullarının son təyinatına görə təsnifatı (siyahısı)" təsdiq edilib.

İqtisadi Fəaliyyətdə Xidmətlər Təsnifatı Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən "2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı"na uyğun olaraq, Əsas Məhsul Təsnifatı (CPA 2008) əsasında işlənmiş Məhsul Növləri Təsnifatı (üçüncü variant) nəzərə alınmaqla hazırlanıb. Təsnifatın hazırlanmasında əsas məqsəd məlumat mübadiləsində beynəlxalq müqayisəliliyi təmin etməkdir.

Sənaye məhsullarının son təyinatına görə təsnifatı iqtisadi fəaliyyət növləri üzrə əsas sənaye qrupları: aralıq mallar, enerji, əsas vəsaitlər, uzunmüddətli və qısamüddətli istifadə üçün istehlak malları bölmələrinə ayrılır.

Xəbər lenti

Xəbər lenti