...

Azərbaycan regionlarında sahibkarlara yarım milyon manat məbləğində güzəştli kreditlər verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2010 17:26 (UTC +04:00)
Cümə günü İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə Oğuz və ətraf rayonlarda fəaliyyət göstərən 33 sahibkarlıq subyektlərinə 500 min manat məbləğində güzəştli kreditlər verilib.
Azərbaycan regionlarında sahibkarlara yarım milyon manat məbləğində güzəştli kreditlər verilib

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir A.Axundov/

Cümə günü İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə Oğuz və ətraf rayonlarda fəaliyyət göstərən 33 sahibkarlıq subyektlərinə 500 min manat məbləğində güzəştli kreditlər verilib. Bu barədə nazirliyin cümə günü yaydığı məlumatında deyilir.

"Bu kreditlər hesabına 35 yeni iş yerinin yaradılması nəzərdə tutulur", - məlumatda qeyd edilir.

Cümə günü Sahibkarlığa Kömək Milli Fondu Oğuz rayonunda Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 260-a yaxın sahibkarın iştirakı ilə növbəti tədbirini keçirib.

Tədbir çərçivəsində Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına Oğuz rayonunda "CPC" MMC-nin inşa etdirdiyi qarğıdalı emalı (qlükoza istehsalı) zavodunda və İsmayıllı rayonunda "EVİAR" MMC-nin inşa etdirdiyi çörək zavodunda aparılan tikinti-tamamlama işlərinə, "İsmayıllı Quşçuluq" MMC-nin fəaliyyətinə baxış keçirilib.

Sahibkarlığa Kömək Milli Fondu tədbir çərçivəsində sahibkarlar üçün treninq də keçirib. Treninqdə biznes ideyalarının formalaşdırılması, investisiya layihələrinin hazırlanması və təqdim edilməsi qaydaları barədə sahibkarlara ətraflı məlumat verilib.

Sentyabrın 3-nə olan rəsmi məzənnə 0,8035 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti