...

Azərbaycanda güzəştli maliyyələşdirmə hesabına meyvə emalı üzrə dörd investisiya layihəsi seçilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2010 17:24 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondunun müsabiqə komissiyası meyvə emalı müəssisələrinin yaradılması və ya müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərinin səkkiz təklifindən dördünü seçib.
Azərbaycanda güzəştli maliyyələşdirmə hesabına meyvə emalı üzrə dörd investisiya layihəsi seçilib

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir А.Axundov/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun müsabiqə komissiyası meyvə emalı müəssisələrinin yaradılması və ya müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərinin səkkiz təklifindən dördünü seçib. Bu barədə çərşənbə axşamı Fondun icraçı direktoru Şirzad Abdullayev deyib.

Abdullayevin sözlərinə görə, təkliflər "Muğan Bank"ın iştirakı ilə Salyan rayonunun "Ələddin Fermer" MMC (layihənin dəyəri 1 892 100 manat qiymətləndirilir), Beyləqandan "Fermer kənd təsərrüfatı Emin Nəsiroğlu" MMC-dən (layihənin dəyəri 1 752 167 manat, 1,05 milyon manat dəyərində güzəştli kredit tələb olunur) daxil olub; Göyçaydan "Emil İ" firmasının layihəsinin dəyəri 1 020 700 manat güzəştli kreditlə 1,704 milyon manat dəyərindədir. Quba-Xaçmaz iqtisadi rayonundan "ACRİM ASİA" MMC -1 255 105 manat (750 min manat dəyərində kredit), Quba rayonundan "Saf" MMC - 1,35 milyon manat (750 min manat), Şəki-Zaqatala iqtisadi rayonundan "Dağçiçəyi" müəssisəsi - 258,617 min manat (120 min manat), Gəncə-Qazax iqtisadi rayonundan "Moşu" ASC - 279,272 min manat (160 min manat). Təkliflər Xaçmaz rayonundan İlqar Mahmudov adlı fiziki şəxs tərəfindən də gəlib ki, onun dəyəri də 531,002 min manat (240 min manat) təşkil edir.

Təklif olunan layihələrin ümumi dəyəri 9 milyon (5,2 milyon manat dəyərində kredit) təşkil edir.

Abdullayevin sözlərinə görə, Fond tərəfindən "Ələddin Fermer" MMC, "ACRIM ASİA" MMC, "Dağçiçəyi" müəssisəsi və "Saf" MMC-nin layihələrini maliyyələşdirmək barədə qərar qəbul olunub.

Bu layihələrin ümumi dəyəri investisiyalarla 4,9 milyon manat təşkil edir.

Layihələrin həyata keçirilməsi üzrə Fond tərəfindən 2,8 milyon manat məbləğində güzəştli kreditlər ayrılıb.

Bu layihələrin həyata keçirilməsi nəticəsində 1000 ton quru meyvə, 1,2 min ton mürəbbə, 4 min ton cem və 2,4 min ton alma konsentratı istehsalı mümkün olacaq.

Elan olunmuş müsabiqə çərçivəsində layihələr ölkənin bütün iqtisadi rayonları üzrə (Bakıdan başqa) qəbul olunur. Fondun qaydalarına əsasən, investisiya layihəsi dəyərinin minimum 40 faizi sahibkarlıq subyekti tərəfindən, qalan hissəsi isə Fondun güzəştli krediti hesabına maliyyələşdirilməlidir. Layihənin maliyyələşdirilməsində payçı kimi Azərbaycan İnvestisiya Şirkəti və ya onun törəmə strukturları çıxış edə bilərlər.

Oktyabrın 5-nə olan rəsmi məzənnə 0,8024 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti