...

2011-ci il dövlət büdcəsi Azərbaycan xalqının rifahını yaxşılaşdıracaq – spiker Oqtay Əsədov

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2010 13:46 (UTC +04:00)
Azərbaycan dövləti 2011-ci ildə dövlət büdcəsinin sosial istiqamətliliyinin təmin olunması üzrə fəaliyyətini davam etdirəcək.
2011-ci il dövlət büdcəsi Azərbaycan xalqının rifahını yaxşılaşdıracaq – spiker Oqtay Əsədov

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan dövləti 2011-ci ildə dövlət büdcəsinin sosial istiqamətliliyinin təmin olunması üzrə fəaliyyətini davam etdirəcək. Bu barədə çərşənbə axşamı Milli Məclisin spikeri Oqtay Əsədov 2011-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, büdcənin işlənməsi təcrübəsi ildən-ilə təkmilləşdirilir.

"Əminəm ki, 2011-ci il dövlət büdcəsi Azərbaycan xalqının rifahının yaxşılaşdırılmasını təmin edəcək", - Əsədov deyib.

2011-ci ildə dövlət büdcəsi layihəsində neftin bir barelinin qiyməti 60 dollar səviyyəsində qoyulub. 2011-ci ildə büdcənin mədaxil və məxaric hissəsi təxminən 4 faiz artırılıb. Dövlət büdcəsinə daxilolmalar 68 faiz qeyri-neft sektorundan nəzərdə tutulub.

Proqnozlara görə, 2011-ci ildə dövlət büdcəsinin gəlirləri 2010-cu illə müqayisədə 4,8 faiz - 12,061 milyard manatadək (ÜDM-in 30 faizi), xərcləri 3,9 faiz - 12,748 milyard manatadək (ÜDM-in 31,7 faizi) təşkil edəcək. 2011-ci ildə dövlət büdcəsinin kəsiri 687 milyon manat və ya ÜDM-in 1,7 faizi həcmində olacaq.

Xəbər lenti

Xəbər lenti