Özbəkistan, Daşkənd, 29 oktyabr /Trend, müxbir D.Əzizov/
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2011-ci il üzrə Özbəkistan iqtisadiyyatının artımına dair öz proqnozunu artırıb. Bu barədə cümə axşamı bankın saytında məlumat verilib.
Xəbər verildiyi kimi, cari ilin iyulunda AYİB 2010-cu ildə Özbəkistan iqtisadiyyatının artım proqnozunu 8,2 faiz, 2011-ci il üzrə 7 faiz səviyyəsində müəyyən etmişdi. Cari lin nisbi proqnozu əvvəlki səviyyədə saxlanılıb.
Xəbər verildiyi kimi, sentyabrın sonlarında Asiya İnkişaf Bankı (AİB) 2010-cu ildə Özbəkistanda ÜDM artım tempinin aprel proqnozu 8,5 faiz, 2011-ci ildə 9 faiz səviyyəsində, 2010 və 2011-ci illərdə müvafiq olaraq 9,3 və 9 faiz səviyyələrində, cari hesab saldosu 2010-cu ildə ÜDM-ə nisbətdə 13 faiz və 2011-ci ildə 14 faiz müəyyən edib.
Oktyabrın əvvəlində BVF Özbəkistanda ÜDM artım tempinin aprel proqnozunu 8 faiz, 2011-ci ildə 7 faiz, cari hesab saldosu ÜDM-ə nisbətdə 3,8 faiz və 2011-ci ildə 6,3 faiz səviyyəsində müəyyən edib. BVF-nin hesablamalarına görə, 2010-cu ildə Özbəkistanda inflyasiya apreldəki 9,2 faizlik proqnoza nisbətdə 10,6 faiz, 2011-ci ildə 11,4 faizədək təşkil edib.
Dünya Bankının proqnozlarına görə, 2010 və 2011-ci illərdə Özbəkistan iqtisadiyyatında artım 6,5 faiz təşkil edəcək.
Rəsmi statistik məlumatlara görə, Özbəkistanda ÜDM 2008-ci illə müqayisədə 8,1 faiz artıb, inflyasiya templəri 7,4, sənaye məhsullarının istehsalı 9, kənd təsərrüfatı məhsullarının istehsalı 5,7, iqtisadiyyata investisyaların ümumi həcmi 24,8 faiz təşkil edib.
2010-cu ildə Özbəkistan 2009-cu illə müqayisədə ÜDM-də 8,3, sənaye məhsullarının istehsalında 8,3, kənd təsərrüfatı məhsullarının istehsalında 5 faiz artıma nail olub. İnflyasiyanın 7-9 faiz səviyyəsində saxlanması planlaşdırılır.
Özbəkistan 1992-ci ildən AYHİB-in üzvüdür, 1993-cü ilin mayında bankın Daşkənddə nümayəndəliyi açılıb.
AYİB 1992-ci ildən Özbəkistana energetika, sahibkarlıq, inşaat, mineral resursların işlənməsi və kommunal təsərrüfat sahəsində layihələrin həyata keçirilməsi üçün ümumi məbləği, təxminən, 500 milyon avro həcmində kredit vəsaitləri təqdim edir.