...

Azərbaycanda keyfiyyətsiz polietilen torbaların satışı dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2010 15:43 (UTC +04:00)
Yoxlamalar zamanı polietilen torbaların istehsalında qida ilə təmasına icazə verilməsini təsdiqləyən müvafiq sənədləri olmayan boyalardan istifadə edildiyi, polietilen torbaların üzərində təyinatına uyğun olaraq "Ərzaq malları üçün" və ya "Qeyri-ərzaq malları üçün" sözlərinin qeyd edilmədiyi müəyyən edilib.
Azərbaycanda keyfiyyətsiz polietilen torbaların satışı dayandırılıb

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Sumqayıtda "Samuray" firmasına məxsus istehsalat sahəsində aparılan yoxlamalar zamanı polietilen torbaların istehsalında qida ilə təmasına icazə verilməsini təsdiqləyən müvafiq sənədləri olmayan boyalardan istifadə edildiyi, polietilen torbaların üzərində təyinatına uyğun olaraq "Ərzaq malları üçün" və ya "Qeyri-ərzaq malları üçün" sözlərinin qeyd edilmədiyi müəyyən edilib. Bu barədə nazirliyin bazar ertəsi yayılan məlumatında deyilir.

Dövlət Xidməti 280 kq belə boya aşkar edib.

Aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar, Dövlət Xidməti polietilen torbaların ticarət şəbəkəsindən geri yığılması, üzərində istifadə təyinatına uyğun lazımı məlumatların qeyd edilmədiyi 5 ton polietilen torbanın satışının dayandırılması, habelə saxlama müddəti ötmüş 280 kq boyanın polimer torbaların istehsalı üçün istifadəsinin qadağan olunması barədə "Samuray" firmasına icrası məcburi göstəriş verib.

Xəbər lenti

Xəbər lenti