...

"Bank of Azerbaijan" "Yeni il" depozit aksiyasına başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2010 11:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 dekabr /Trend/

"Bank of Azerbaijan" ASC Yeni il münasibətilə dekabrın 10-dan "Yeni İl" adlı depozit aksiyasına başlayıb. Həmin aksiya ilə bank müddətli depozitlərə görə faizləri illik 15 faizə çatdırıb. Bu barədə bankın məlumatında deyilir.

2011-ci il yanvarın 5-dək davam edəcək aksiyanın şərtlərinə əsasən, aksiya keçirilən müddətdə banka yerləşdirilən hər bir yeni müddətli əmanət üzrə aşağıda göstərilən şərtlər müəyyən ediləcək (manat və dollar üzrə):

Müddət

% AZN, USD

3 ay

illik 10%

6 ay

illik 14%

12 ay

illik 15%

500 manat (və ya dollar) depozit açan müştəri əmanətin müddəti qədər və əmanət məbləğinin 80 faizinədək illik 22 (iyirmi iki) faizlik kredit xətti ilə "VİSA" kredit kartı hədiyyə alacaq.

Bu aksiya bank və əmanətçiləri bir-birinə bir qədər də yaxınlaşdırmaq məqsədi daşıyır.

Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 166,482 milyon manat, kredit portfeli 130,074 milyon manat, depozit portfeli 71,307 milyon manat, məcmu kapitalı 25,378 milyon manat, o cümlədən nizamnamə kapitalı 23,500 milyon manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti