...

Azərbaycanın "Silk way" aviaşirkətinin təminatsız istiqrazlarının emissiya prospekti qeydiyyata alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2011 12:56 (UTC +04:00)
Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Silk Way Airlines" MMC-nin təminatsız, adlı, sənədsiz istiqrazlarının emissiya prospektini 2,3 milyon manat ümumi məbləğində qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü Dövlət Komitəsindən bildirilib.
Azərbaycanın "Silk way" aviaşirkətinin təminatsız istiqrazlarının emissiya prospekti qeydiyyata alınıb

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Silk Way Airlines" MMC-nin təminatsız, adlı, sənədsiz istiqrazlarının emissiya prospektini 2,3 milyon manat ümumi məbləğində qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü Dövlət Komitəsindən bildirilib.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 10 min manat olan 230 istiqraz buraxılıb. Emissiya bağlı yerləşdirmə vasitəsilə gerçəkləşdiriləcək.

"Silk Way Airlines" aviaşirkəti 2001-ci il oktyabrın 9-da Azərbaycanın mülki aviasiyası tərəfindən yaradılıb. Şirkət Azərbaycanın aviadaşıyıcılarından biridir və neft avadanlıqları, tikinti materialları, ağır sənaye avadanlıqları, nəqliyyat vasitələri və ehtiyat hissələri, humanitar yardım sahəsində təcrübə və imkanlara malikdir.

Fevralın 5-nə olan rəsmi məzənnə 0,7961 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti