...

"Azərbaycan Dəmir Yolları" qərb istiqamətində əlavə reys buraxacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Mart 2011 14:06 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC Bakı-Böyük Kəsik-Bakı (qərb istiqaməti) marşrutu üzrə 668/667 saylı əlavə sərnişin reysi buraxacaq.
"Azərbaycan Dəmir Yolları" qərb istiqamətində əlavə reys buraxacaq

Azərbaycan, Bakı, 12 mart /Trend/

Novruz bayramı günlərində sərnişin axınının sıxlığını azaltmaq məqsədilə "Azərbaycan Dəmir Yolları" QSC Bakı-Böyük Kəsik-Bakı (qərb istiqaməti) marşrutu üzrə 668/667 saylı əlavə sərnişin reysi buraxacaq. Bu barədə QSC-nin şənbə günü yaydığı məlumatda deyilir.

Məlumata görə, qatar Bakıdan martın 18 və 19-da çıxacaq, Böyük Kəsiyə isə müvafiq olaraq martın 19 və 20-də qayıdacaq.

Həmçinin, bayram günlərində sərnişin axınının sıxlığını azaltmaq məqsədilə hər gün bütün daxili qatarlara 10-15 əlavə vaqon qoşulacaq, bəzən onların sayı 20-30 ədədədək çatacaq.

Bu il Azərbaycanda Novruz bayramı martın 20-dən 28-dək qeyd olunacaq.

Xəbər lenti

Xəbər lenti