...

Azərbaycanda ilk dəfə olaraq avtomobillərin qiymətləndirilməsi üzrə kurslar keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2011 14:05 (UTC +04:00)
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Beynəlxalq Qiymətləndirmə Mərkəzi ilə birlikdə Azərbaycanda ilk dəfə olaraq "Avtonəqliyyat vasitələrinin qiymətləndirilməsi" kurslarını təşkil edir.
Azərbaycanda ilk dəfə olaraq avtomobillərin qiymətləndirilməsi üzrə kurslar keçiriləcək

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Beynəlxalq Qiymətləndirmə Mərkəzi ilə birlikdə Azərbaycanda ilk dəfə olaraq "Avtonəqliyyat vasitələrinin qiymətləndirilməsi" kurslarını təşkil edir. Trend-in məlumatına görə, bu barədə cəmiyyətin bazar ertəsi yaydığı məlumatda deyilir.

"Kurslarda atomobil vasitələrinin qiymətləndirilməsi sahəsində qanunvericilik bazası, qiymətləndirmənin milli və beynəlxalq standartları, eləcə də nəzəri və praktiki nümunələr müzakirə ediləcək", - məlumatda deyilir.

Kurs iştirakçıları sığorta və girov təminatının predmeti kimi çıxış edən avtomobil vasitələrinin qiymətləndirilməsi, habelə bədbəxt hadisə nəticəsində dəyən ziyanın qiymətləndirilməsi metodologiyası ilə tanış olmaq imkanı əldə edəcəklər.

Kurslar başa çatdıqdan sonra iştirakçılara sertifikatlar veriləcək. Kurslar aprelin 18-dən 22-dək ödənişli əsasda keçiriləcək. İştirakın qiyməti 200 manatdır.

Xəbər lenti

Xəbər lenti