...

BMK Azərbaycanda dövlət sanitariya nəzarətinin təkmilləşdirilməsini dəstəkləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Mart 2011 16:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycan Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və Beynəlxalq Maliyyə Korporasiyası (BMK) dövlət sanitariya nəzarətinin təkmilləşdirilməsi istiqamətində bir sıra sənədlərin layihələrinin hazırlanmasına başlayıblar. Trend-in məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin cümə günü yaydığı məlumatda deyilir.

"Birgə işlər əvvəllər bağlanmış müqaviləyə uyğun olaraq aparılır", - məlumatda deyilir.

Məlumata əsasən, "Dövlət sanitariya-epidemioloji xidməti tərəfindən tikinti, yenidənqurma, yenidənplanlaşdırma, təkmilləşdirmə və yeni texnika ilə təchiz edilmə layihələrinə rəy verilməsi qaydaları" və "Dövlət sanitariya-epidemioloji xidməti tərəfindən qeyri-yaşayış sahələrində yaradılan müxtəliftəyinatlı obyektlərin fəaliyyətinin razılaşdırılması barədə rəyin verilməsi qaydaları"nın layihələri hazırlanaraq Səhiyyə Nazirliyinə təqdim edilib.

Xəbər lenti

Xəbər lenti