...

Azərbaycan Gürcüstanın ikinci ən iri ticarət tərəfdaşıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Mart 2011 15:55 (UTC +04:00)
2011-ci ilin yanvar-fevralında Türkiyə, Azərbaycan və Ukrayna Gürcüstanın ən iri ticarət tərəfdaşları olaraq qalır. Bu barədə Trend-ə "Qruzstat"dan məlumat verilib.
Azərbaycan Gürcüstanın ikinci ən iri ticarət tərəfdaşıdır

Gürcüstan, Tbilisi, 24 mart /Trend, müxbir N.Kirsxaliya/

2011-ci ilin yanvar-fevralında Türkiyə, Azərbaycan və Ukrayna Gürcüstanın ən iri ticarət tərəfdaşları olaraq qalır. Bu barədə Trend-ə "Qruzstat"dan məlumat verilib.

Hesabat dövründə Gürcüstanın xarici ticarət dövriyyəsində 10 ən iri ticarət tərəfdaşının payı 65 faiz təşkil edib.

"Qruzstat"ın məlumatına görə, Türkiyə ilə ticarət dövriyyəsi 183 milyon dollar, Azərbaycanla 116 milyon və Ukrayna ilə 110 milyon dollar təşkil edir.

"Qruzstat"ın məlumatına görə, yanvar-fevralda Gürcüstanın xarici ticarət dövriyyəsi 1137 milyon dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisini 40 faiz üstələyir.

Xəbər lenti

Xəbər lenti