...

Azərbaycan İpoteka Fondu müvəkkil agentlərinin sayını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Mart 2011 18:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir N.İsmayılova/

Mərkəzi Bank nəzdində fəaliyyət göstərən Azərbaycan İpoteka Fondu (AİF) fondun müvəkkil agentləri kimi çıxış edən qiymətləndirmə şirkətlərinin sayını artırıb. Bu barədə AİF-in məlumatında deyilir.

AİF-in agent banklar siyahısına sayca 12-ci olan qiymətləndirmə təşkilatı - VRC şirkəti daxil edilib.

Hazırda AİF-in müvəkkil agentləri 16 sığorta şirkəti və 22 bankdır.

Fondun şərtlərinə görə, Azərbaycanda adi ipotekanın verilməsinin maksimum həddi 50 min manat təşkil edir və səkkiz faiz dərəcə ilə 25 il müddətinə verilir. Sosial ipoteka 35 min manat təşkil edir və dörd faiz dərəcə ilə 30 il müddətinə verilir. Güzəştli kreditlər üçün ilkin ödəniş 15 faiz, adi kreditlər üçün 20 faiz təşkil edir.

Kreditlər milli valyutada - manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir, ipotekanın predmeti yalnız mənzil və şəxsi evlər ola bilər, ipoteka kreditinin məbləği ipoteka üçün girov qoyulan daşınmaz əmlakın bazar qiymətinin 85 faizini ötməməlidir, kreditə görə aylıq ödəniş borcalanın aylıq gəlirinin 70 faizini ötməməlidir.

Güzəştli şərtlər şəhid, milli qəhrəmanlar və məcburi köçkün ailələrinin üzvlərinə, ən azı üç il iş təcrübəsi olan dövlət qulluqçularına, elmlər namizədləri və doktorluq dərəcəsi olanlara, idman sahəsində xüsusi xidmətləri olan şəxslərə, həmçinin, maksimum üç il xidmət stajı olan hərbçilərə şamil edilir.

Güzəştli ipoteka krediti alan hər ailə bundan yalnız bir dəfə istifadə edə bilər.

Martın 31-nə olan rəsmi məzənnə 0,7927 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti