...

Azərbaycanda keyfiyyətsiz tikinti materiallarının istehsalçısı aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2011 19:23 (UTC +04:00)
Aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar, gəc istehsalının, o cümlədən sexdə aşkar edilmiş 22,4 ton saxta gəcin satışının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış bu cür məhsulların geri yığılması barədə Akif Abdullayevə icrası məcburi göstəriş verilib.
Azərbaycanda keyfiyyətsiz tikinti materiallarının istehsalçısı aşkar edilib

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Gəncə şəhərində Akif Abdullayevə məxsus sexdə aparılan yoxlama zamanı gəcin uyğunluq sertifikatı olmadan istehsal edildiyi, habelə həmin məhsulun etiketinin üzərində məhsulun istehsalçısı, istifadə qaydaları, saxlanma şərtləri və yararlılıq müddəti barədə məlumatların göstərilmədiyi müəyyən olunub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü nazirliyin məlumatında deyilir.

Aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar, gəc istehsalının, o cümlədən sexdə aşkar edilmiş 22,4 ton saxta gəcin satışının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış bu cür məhsulların geri yığılması barədə Akif Abdullayevə icrası məcburi göstəriş verilib.

Araşdırmalar davam etdirilir.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara etiketinin üzərində məhsulun və istehsalçının adı, istehsalçının ünvanı, istifadə qaydaları, saxlanma şərtləri və yararlılıq müddəti göstərilməyən tikinti materiallarını almamağı tövsiyə edir.

Xəbər lenti

Xəbər lenti