...

Azərbaycanın tikinti şirkəti 10 milyon manatdan artıq məbləğdə səhmin emissiya prospektini qeydiyyata aldırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2011 12:34 (UTC +04:00)
Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Akkord İnşaat-Sənaye" ASC-nin ümumi məbləği 10,792 milyon manat olan sadə adlı sənədsiz səhmlərini qapalı yerləşdirmə metodu ilə qeydiyyata alıb.
Azərbaycanın tikinti şirkəti 10 milyon manatdan artıq məbləğdə səhmin emissiya prospektini qeydiyyata aldırıb

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Akkord İnşaat-Sənaye" ASC-nin ümumi məbləği 10,792 milyon manat olan sadə adlı sənədsiz səhmlərini qapalı yerləşdirmə metodu ilə qeydiyyata alıb. Bu barədə QKDK-nın məlumatında deyilir.

Emissiyaya hər birinin nominal dəyəri 5 manat olan 2 158 362 səhm daxildir.

"Akkord İnşaat-Sənaye" ASC tikinti şirkəti 2005-ci ildə yaradılıb.

Xəbər lenti

Xəbər lenti